Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu

Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu

       150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – dahi  Avstriya yazıçısı, əsərləri ilə XX əsr dünya ədəbiyyatında yeni mərhələ yaratmış Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”, “Çevrilmə”, “Yuva”, “Bir savaşın təsviri”, “Ocaqçı”, “Bədbəxtlik”, “Cəza koloniyası”,  “Balaca qadın”, “Kənd həkimi”, “Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”, “Çalağan”, “Yuxu”, “İmtahan”, “Qaçış”, “Qonşu”, “Gecə”, “Poseydon” və digər pritçaları, “Məhkəmə”, “Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.

 

       Əsərləri alman dilindən  tanınmış tərcüməçilər – Vilayət Hacıyev, Çərkəz Qurbanlı,  Yusif Savalan və digərləri tərcümə edib.

       Kitabın tərtibçisi – Mahir N.Qarayevdir.

 

Frans Kafka

(1883­–1924­­)


·        yəhudi əsilli Avstriya yazıçısı;

·        1883-cü il iyulun 3-də Praqada tacir ailəsində anadan olub;

·        1906-cı ildə Praqa Universitetinin hüquq fakültəsini bitirib və hüquq elmləri sahəsində dissertasiya müdafiə edib;

·        əksər əsərləri ölümündən sonra nəşr olunub;

·     “Məhkəmə”, “Qəsr”, “Amerika” romanlarının, “Çevrilmə”, “Hökm”, “Cəza koloniyasında”, “Bədbəxtlik”, “Çalağan”, “Körpü” kimi məşhur hekayə və pritçaların müəllifidir;

·        əsərləri XX əsr dünya ədəbiyyatına, fəlsəfəsinə, ədəbi tənqidinə böyük təsir göstərib;

·       uzun sürən ağır xəstəlikdən sonra 1924-cü il iyunun 3-də vəfat edib;

·        Praqada yəhudi qəbiristanlığında dəfn olunub.

 

 

  Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.