“Yeni alınma sözlər lüğəti” nəşr olundu

“Yeni alınma sözlər lüğəti” nəşr olundu

Dövlət Tərcümə Mərkəzi son 25–30 ildə Azərbaycan dilinin leksik fonduna daxil olmuş ictimai-siyasi, iqtisadi, sosial-mədəni, texniki, texnoloji və digər sahələrdə gedən proses və tendensiyaları əks etdirən yeni  alınma sözlərin toplandığı “Yeni alınma sözlər lüğəti (izahlı sözlük)” kitabını nəşr edib.

Mütəxəssislərlə yanaşı kütləvi istifadə üçün nəzərdə tutulan lüğətin tərtibçi-müəllifi – filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, elmi redaktoru – AMEA-nın həqiqi üzvi Nizami Cəfərov, nəşriyyat redaktorları – Bəhlul Abbasov, Lətafət SəmədovaAqşin Məsimovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.


Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

  • “Libraff”
  • “Kitabevim.az”
  • “Akademkitab”
  • “Akademiya” kitab evi
  • “Azərkitab”
  • Prezident Aparatının Kitab evi
  • Azərbaycan Dillər Universitetinin satış köşkü
  • “Pero” kitab mağazası
  • “Oxumalı” kitab evi
  • “Lider” kitab evi

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.