Dövlət Tərcümə Mərkəzi ilə Ukrayna Milli Yazıçılar Birliyi arasında Memorandum imzalandı

Dövlət Tərcümə Mərkəzi ilə Ukrayna Milli Yazıçılar Birliyi arasında Memorandum imzalandı

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Ukrayna Milli Yazıçılar Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

 Memorandumda iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində klassik və müasir ədəbiyyatların tərcümə edilərək nəşr olunması, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, aparıcı kütləvi informasiya vasitələrində işıqlandırılması, dövlət və ictimai kitabxanalara yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

  Memorandumda uzunmüddətli və konstruktiv əməkdaşlıq münasibətləri çərçivəsində hazırlanıb həyata keçiriləcək birgə layihələrin iki dost ölkənin mədəni və ictimai həyatında əhəmiyyətli rol oynayacağı qeyd edilir.

    Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və Ukrayna Milli Yazıçılar Birliyinin sədri Mixail Sidorjevski tərəfindən imzalanıb. 

VƏ DİGƏR...

  • İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında

    Küveytin “Fikr-Hur”, Əlcəzairin “alharir.info”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı İkinci Mahmudun ərəb dilinə tərcümə olunmuş “Yersiz ölüm” hekayəsinin yayınına başlayıb.

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.