Piter Brukun kitabı ilk dəfə Azərbaycanda

Piter Brukun kitabı ilk dəfə Azərbaycanda

Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı “Boş məkan” kitabını nəşr edib.

“Cansız teatr”, “Müqəddəs teatr”, “Kobud teatr”, “Teatr”, “Y.Kaqarlitski” başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Piter Stiven Pol Bruk 

  teatr  kino rejissorunəzəriyyəçisi;

  “Karamazov qardaşları”, “Dəfn olunmamış ölülər”, “Qış nağılı”, “Böyük inkvizitor”, “Dilənçilər operası”, “Yeddi gün, yeddi gecə” kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir;

  1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir;

  “Britaniya imperiyası”, Şərəf legionu” ordenlərinə layiq görülüb;

  Avropa teatr mükafatı”, Kioto”  Beynəlxalq İbsen mükafatı” kimi ödüllərlə təltif edilib;

  əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.