"Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli material İran qəzetində

Təbrizin gündəlik “Saeb Təbriz” qəzeti Dövlət Tərcümə Mərkəzinin beynəlxalq aləmdə yayınlanması məqsədilə müxtəlif dillərdə hazırladığı “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” mətninə öz səhifələrində yer ayırıb.
1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc türk əhalisinə qarşı törədilən soyqırımın canlı şahidi olmuş böyük rus yazıçısı Lev Tolstoyun qızı Aleksandra Tolstoyanın xatirələrini əks etdirən material oxuculara Təbrizin tanınmış jurnalisti Qasım Türkanın ön sözü ilə təqdim edilib.
VƏ DİGƏR...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
-
Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
-
Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.