Azərbaycanın Zəfər İli

Azərbaycanın Zəfər İli

     2020-ci il Azərbaycanın tarixində əbədi olaraq qürurla xatırlanacaq şərəfli təqvimə çevrildi. İllərdən bəri düşmən tapdağı altında qalan doğma Qarabağ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sarsılmaz iradəsi, müzəffər Azərbaycan ordusunun rəşadəti nəticəsində işğaldan azad edildi. Şəhərlərimiz, kəndlərimiz, dağlarımız, meşələrimiz öz sahibinə qovuşub nəfəs aldı, hər qarışı şəhidlərimizin qanı ilə yuyulan doğma torpaqlar onu dirçəldib yaşatmağa qayıdan öz İnsanına qucaq açdı. 44 gün davam edən bu Vətən savaşında Azərbaycan xalqı bütün dünyaya örnək olacaq birlik, əzmkarlıq nümayiş etdirdi, bu çətin, taleyüklü zaman kəsiyində həm də öz dostunu, düşmənini tanıdı.

     Bəli, bu ilin 27 sentyabr tarixində başlayan Haqq müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa olundu. Uzun illərin hərbi, siyasi, iqtisadi, mədəni, diplomatik uğurlarıyla addım-addım qazanılan bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, yüksək diplomatik səriştəsi, gərgin, davamlı fəaliyyətinin nəticəsi kimi bizi ilbəil, aybaay, günbəgün zəfərə yaxınlaşdıraraq gerçəyə çevrildi – Azərbaycan  öz qəti və qətiyyətli sözünü həm siyasi, həm hərbi meydanda dedi!

     Sevinclə, coşquyla, qürurla qarşıladığın yeni 2021-ci ilin mübarək, Azərbaycan! Sənə yalnız qələbələr və Zəfər yaraşır!

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.