“Xəzər” jurnalının yeni sayı nəşr olundu
“Xəzər”in oxucuları jurnalın bu sayında:
“Nobel kürsüsü” rubrikasında – Migel Asturiasın “Senyor Prezident” romanı;
“Azərbaycan ədəbiyyatı” rubrikasında – Eyvaz Əlləzoğlunun “Bığlı Kərəm” hekayəsi;
“Poeziya” rubrikasında – Yuxan Viydinqin şeirləri;
“İlahi keçid” rubrikasında – Tövratın tərcüməsi;
“Hekayə” rubrikasında – Lev Tolstoyun hekayələri;
“İrlandiya şeiri” rubrikasında – Şeymas Hininin şeirləri;
“Roman” rubrikasında – Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” (davamı);
“Teatr” rubrikasında – Lola Koenin “Strasberq metodu”;
“Kino” rubrikasında – Mixail Rommun “Özüm, dostlarım və filmlər haqqında”;
“Səhnə” rubrikasında – Frans Teodor Çokorun “Axınla birgə” pyesi;
“Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – İngilis nağılları və digər əsərlər ilə tanış ola biləcəklər.
“Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...