Sertifikatlar sahiblərinə təqdim olundu

Sertifikatlar sahiblərinə təqdim olundu

 

Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində Dövlət Tərcümə Mərkəzi tərəfindən təşkil olunan növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, hüquq və media sahələri üzrə uğurlar əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

Təqdimat mərasimində Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Püstə Axundova çıxış edərək turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə tədricən öz töhfəsini verdiyini bildirib. Püstə Axundova imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini də qeyd edib.

 

1. Əli Müseyib oğlu Şükrü – hüquq sahəsinə dair mətn və materialların tərcüməsi (Azərbaycan-ingilis-Azərbaycan, fars-Azərbaycan-fars);

 

2. Emin Ramiz oğlu  Şirinov – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ingilis-Azərbaycan);

 

3. Aygül Məhəmməd qızı Nəbiyeva – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ingilis-Azərbaycan);

 

4. Səidə Nəriman qızı Nurəliyeva – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (Azərbaycan-ingilis-Azərbaycan);  

 

5. Aysel Rafiq qızı Kərimli – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (Azərbaycan-rus-Azərbaycan; ispan-rus-ispan);

 

6. Türkan İlyas qızı Əhmədova – ictimai-siyasi sahəyə dair mətn və materialların tərcüməsi (ispan-Azərbaycan);

 

7. Məhəmməd Zəfər oğlu Cəfərov – media sahəsinə dair mətn və materialların tərcüməsi (fars-Azərbaycan-fars);

 

8. Sevil Vaqif qızı Həsənova – media sahəsinə dair mətn və materialların tərcüməsi (Ukrayna-Azərbaycan);

 

9. Ülviyyə Nurəddin qızı Məmmədova – media sahəsinə dair mətn və materialların tərcüməsi (rus-Azərbaycan);

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.