Azərbaycan kitabı Avropanın ikinci ən böyük kitabxanasında

Azərbaycan kitabı Avropanın ikinci ən böyük kitabxanasında

 

Dövlət Tərcümə Mərkəzi ilə Almaniyanın “Lyrik Kabinett” Fondu arasında olan əməkdaşlıq çərçivəsində Mərkəzin 2015-ci ildə nəşr etdiyi və İngiltərənin paytaxtı Londonda geniş təqdimatını keçirdiyi müasir Azərbaycan şairlərinin poetik nümunələrinin toplandığı “Candles” – 101 verses  (“Şamlar” – 101 şeir) kitabı Fondun kitabxanasına yerləşdirilib.

Qeyd edək ki, 1994-cü ildə yaradılan “Lyrik Kabinett” Fondu Avropanın poeziya üzrə ixtisaslaşmış ikinci ən böyük kitabxanasıdır.

Kitabxanada dünya ədəbiyyatının ingilis və alman dilində nəşr olunan seçmə nümunələrindən ibarət xeyli sayda kitab, audio, video materiallar, ədəbi jurnallar və s. saxlanılır. 

 

 

 

 

 

 

 

Keçid linki:

https://www.lyrik-kabinett.de/bibliothek/

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...