Salam Sarvanın kitabı Kiyevdə təqdim olundu

Salam Sarvanın kitabı Kiyevdə təqdim olundu

Ukrayna Milli Ədəbiyyat Muzeyində müasir Azərbaycan şairi Salam Sarvanın əsərləri toplusunun təqdimat mərasimi keçirilib.

Boğulmaq da olmur, dayazdı dünya” («І потонути неможливо, неглибокий цей світ...») adlanan kitabın nəşri Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir. Kitabın nəşri və təqdimatı Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun və “Sammit-kniqa” nəşriyyatının dəstəyi ilə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini, akademik Nikolay Sulıma tədbiri açaraq Ukrayna ilə Azərbaycan arasında qədim tarixə malik fundamental ədəbi əlaqələri barədə söhbət açıb. O qeyd edib ki, bu tədbir Ukrayna-Azərbaycan ədəbi əməkdaşlığının fəallaşmasına böyük töhfə olacaq.

Ukrayna Milli Ədəbiyyat Muzeyinin böyük elmi işçisi Sofiya Fecora tədbirdə çıxış edərək vurğulayıb ki, təmsil etdiyi muzey Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq üçün həmişə açıqdır və həmin Mərkəzin layihəsinin – Salam Sarvanın əsərləri toplusunun təqdimatına yardımçı olmağa şaddır.

Təqdimat mərasimində kitabın tərcüməçisi Lesya Mudrak, layihənin məsul katibi Marina Qonçaruk, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Arif Quliyev, şairlər Dmitri Çistyak, Sergey Savin, Yuliya Qupalyuk, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Azərbaycan filologiyası müəllimi İrina Dəmirəzən, digər şairlər, ədəbiyyatçı və jurnalistlər də çıxış ediblər.

Rüstəm Məmmədov

Kiyev

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...