Azərbaycan Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam  etdirir

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə təşkil etdiyi Seçim Turlarının növbəti mərhələsinə start verdi. 

Turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış mütəxəssislərin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlərin bu ilin oktyabr ayının 15-dək  Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri,  Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi vacibdir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. CV

Qeyd: 1. Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. 

  2. Seçim turlarında iştirak ödənişlidir.

 

Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)

 

VƏ DİGƏR...