Azərbaycan ədəbiyyatı Ukrayna mətbuatında

Azərbaycan ədəbiyyatı Ukrayna mətbuatında

Ukraynanın populyar “Лiтературна Україна” (Ədəbi Ukrayna) qəzeti Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Qəzetin iyul sayında Azərbaycanın Xalq şairi Hüseyn Arifin ukrain dilinə tərcümə olunmuş “Yaşa hələ”, tanınmış Azərbaycan şairləri Dilsuzun “Ev tikirəm”, Salam Sarvanın “Dar ağacında azmışam”, Aqşin Yeniseyin “Ən gözəl qadın”, eləcə də Rüstəm Behrudi Leyla Əliyevanın şeirləri tanınmış Ukrayna şairəsi, tərcüməçi Lesya Mudrakın “Поезія гранатових відтінків” (“Nar çalarları poeziyası”) məqaləsi ilə təqdim edilib.

Şeirləri ukrain dilinə tanınmış Ukrayna tərcüməçiləri – Mıkola Miroşniçenko, Vano Krüqer, Lesya Mudrak, Vasili Dovjik və Pyotr Seleski tərcümə edib.

Səhifə, həmçinin Ukraynanın məşhur “litukraina.com.ua” (Ədəbi Ukrayna saytı) ədəbiyyat portalına yerləşdirilib.

 

 

 

 

 

 

 

Keçid linki:

https://litukraina.com.ua

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...