Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi fəaliyyətə başladı

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi fəaliyyətə başladı

 

 Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərin icrası ilə əlaqədar dövlət dilindən istifadə və tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən təsis edilmiş ADTM Tərcümə Agentliyi fəaliyyətə başladı.

Agentliyin fəaliyyət istiqamətlərinə – dövlət əhəmiyyətli sənədlərin, habelə təşkilatlar, sahibkarlar, eləcə də yerli və xarici vətəndaşların müraciət və sifarişləri ilə təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi,  redaktəsi və ekspertizası, həmçinin poliqrafiya xidmətləri də daxildir.

Xidmətlər müvafiq sahədə peşəkarlığı ilə seçilən dil və tərcümə mütəxəssisləri tərəfindən müxtəlif formatda, o cümlədən elektron qaydada göstərilir.

Agentliyin xidmətləri barədə ətraflı məlumat Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəsmi internet səhifəsində (www.aztc.gov.az) yerləşdirilmişdir.

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...