Azərbaycan poeziyası Rusiyanın ədəbi jurnalının səhifələrində

Azərbaycan poeziyası Rusiyanın ədəbi jurnalının səhifələrində

Rusiyanın populyar “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb. Bu sıradan Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Ayrılıq”, “Nekroloq”, Xalq şairi  Vaqif Səmədoğlunun “Qaya”, tanınmış şair-tərcüməçilər Vladimir Qafarovun “Köhnə körpünün yanında” və Mənsur Vəkilovun “Azərbaycan”, “Bu yeni fikir deyil” şeirləri rus dilində jurnalın aprel nömrəsində işıq üzü görüb.

Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri  – Vladimir Luqovoy, Vladimir Portnov, Vladimir Qafarov və Nadiyə Qafarova tərcümə edib.

 

 

 

Keçid linkləri:

https://webkamerton.ru/2020/04/posledniy-krik-posledniy-vzdokh

https://webkamerton.ru/2020/04/raskryvay-zhe-okno

https://webkamerton.ru/2020/04/ya-klyanchit-ne-privyk-u-boga

https://webkamerton.ru/2020/04/vot-sudba-moya-naraspashku

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.