Tərcümə Mərkəzi növbəti beynəlxalq kitab sərgisində

Tərcümə Mərkəzi növbəti beynəlxalq kitab sərgisində

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin  dil mütəxəssisləri – Qəmər Alxanova və Kəmalə Ələkbərova Türkiyənin İstanbul şəhərində keçirilən CNR Beynəlxalq Kitab Fuarında iştirak ediblər. Mərkəzin əməkdaşları Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin “Müqayisəli tərcümə” adı altında təşkil etdiyi müzakirədə məruzəylə çıxış ediblər. 

Məruzələrdə hər iki ölkənin dünya ədəbiyyatından olunan tərcümələr, Tərcümə Mərkəzinin fəaliyyəti, bu günə qədər Azərbaycan dilinə Türkiyə türkcəsindən edilən uyğunlaşdırmalar və hər iki ölkənin ədəbi əsərlərinin tərcümə perspektivləri işıqlandırılıb. Daha sonra Mərkəzin fəaliyyəti əks etdirilən videoçarx nümayiş etdirilib.

Tədbirdə Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar idarəsinin icraçı direktoru Həmdi Turşucu Tərcümə Mərkəzinin fəaliyyətinin təqdirəlayiq olduğu barədə fikirlərini bildirməklə yanaşı, qurumlararası sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb. 

Sərgi müddətində Tərcümə Mərkəzinin nəşr etdiyi kitablar, kataloqlar, “Xəzər” jurnalının yeni sayları nümayiş etdirilib. Nəşrlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb. 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.