Yaponiya səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Yaponiya səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfirinin mədəniyyət və təhsil üzrə attaşesi cənab İşikava Daiki Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Yaponiya ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr, Azərbaycan ədəbiyyatının Yaponiyada tanıdılması və yayımı, həmçinin Yaponiya ədəbiyyatı ilə Azərbaycan oxucusunun tanış edilməsi məsələləri müzakirə edilib, “Yaponiya ədəbiyyatı antologiyası”, “Yaponca–azərbaycanca lüğət”inin tərtibi və nəşri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonağa Mərkəz tərəfindən Azərbaycan dilində ərsəyə gətirilmiş nəfis nəşrlər – dünya şöhrətli yapon yazıçıları Akutaqava Rünoskenin “Tanrıların istehzası” Kadzuo İşiquranın “O günlərdən qalanlar”  kitabları hədiyyə edilib.

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...