Tərcümə Mərkəzinin kataloqu 5 dildə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kataloqu 5 dildə (Azərbaycan, ingilis, rus, ərəb, türk) nəşr olunub. Kataloqda “1984-2014-cü illər arasında “Xəzər” dünya ədəbiyyatı jurnalında və “Yol” ədəbi-bədii qəzetində nəşr olunan ədəbiyyatlar”, “Məktub və gündəliklər”, “Müsahibələr”, “Esse və məqalələr”, “Nobel məruzələri”, “Memuar ədəbiyyat”, “İlahi keçid” silsiləsindən tərcümələr”, “Elmi-fəlsəfi ədəbiyyat” “Azərbaycan Tərcümə Mərkəzinin kitab nəşrləri” bölmələri yer alıb.
Kataloq Tərcümə Mərkəzinin fəaliyyəti, eləcə də Mərkəz tərəfindən Azərbaycan dilinə edilən tərcümələrlə tanış olmaq istəyən tərcüməçilər, bu sahəylə əlaqəli olan mütəxəssislər, həmçinin, tərcümə fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
VƏ DİGƏR...
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...
-
Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.