Neft sahəsinə dair Terminoloji lüğət nəşr olunub

Neft sahəsinə dair Terminoloji lüğət nəşr olunub

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri –  “Azərbay­­canca – ingiliscə – rusca terminoloji lüğət” kitabı işıq üzü görüb.

Rəsul Rəxşanlı, Təranə Əsgərqızı, Rəxşanə Rəxşanlı və Fərrux Rzayevin hazırladıqları kitaba neft, kimya, neft və qaz emalı, kimyəvi analiz, kimya texnologiyası, ekologiya, nanokimya, nanomate­rial­lar, fullerenlər kimyası, kompüter kimyası sahəsinə dair 20.000-dən çox terminin Azərbaycan, rus və ingilis dilində tərcüməsi daxil edilib.

Azərbaycanda bu formatda ilk dəfə işıq üzü görən lüğət müvafiq sahələr üzrə elm, təhsil, tədris və tərcümə mütəxəssisləri, eləcə də bu ixtisaslara maraqlı oxucu kütləsi üçün nəzərdə tutulub.   

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.