Tərcümə Mərkəzinin fəaliyyəti Belarusda mükafata layiq görüldü
Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi beynəlxalq layihələrə görə Belarus Respublikası İnformasiya Nazirliyi tərəfindən mükafata layiq görülüb. Nazirlikdən quruma verilən məlumata görə Mərkəzin bir qrup əməkdaşı Azərbaycan – Belarus ədəbiyyatlararası mübadilələrin təşkili istiqamətində göstərdiyi xidmətlərə görə Belarus Respublikası İnformasiya Nazirliyinin Xüsusi Diplomu ilə təltif olunub.
Qalereya
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...