Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu

Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu

Azərbaycan Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti seçim turları başa çatıb. Sentyabrın 11-də turlardan ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.

Təqdimat mərasimini giriş sözü ilə seçim turlarının rəhbəri, Mərkəzin tərcümə və nəşr məsələləri üzrə baş redaktoru Vilayət Hacıyev açıb. O, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə əlamətdar töhfələr verəcəyini bildirib. Həmçinin imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini qeyd edib:

–        Məlumat Bazası, əsasən, dövlət qurumlarında həyata keçirilən yazışmaların, rəsmi sənədlərin, eləcə də digər mətn və materialların tərtibi və tərcüməsinə cəlb oluna biləcək dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədini daşıyır. Düşünürük ki, bu irimiqyaslı layihə ölkənin dil və tərcümə sahəsində nizam yaradacaq, onun inkişafına əsaslı təkan verəcək.

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.