Ukrayna yazıçısı Bakıdan yazdı...

Ukrayna yazıçısı Bakıdan yazdı...

Bu günlərdə Azərbaycan Tərcümə Mərkəzinin dəvəti ilə Bakıya gəlmiş tanınmış Ukrayna yazıçıları Vladimir Danilenko və Nikolay Xomiç Vətənə qayıtdıq­dan sonra səfər təəssüratlarını ukraynalı oxucularıyla bölüşüblər. V.Danilenkonun “Bakı duyğusu” adlı yazısını oxuculara təqdim edirik.

Bakı duyğusu

Mənim “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarını Azərbaycan dilində nəşr etmiş Azərbaycan Tərcümə Mərkəzinin dəvəti ilə təqdimat mərasiminə yollandığımız dörd günlük Bakı səfəri zamanı bu Odlar yurdunun gözəlliyini bütün möhtəşəmliyi ilə hiss etdik.

Nəhəng neft və qaz yataqları, həmçinin uzaqgörən, müdrik dövlət siyasəti Sovet İttifaqının dağılmasından sonra Azərbaycanı Qafqazın lider ölkəsinə çevirib.

Müasir Bakı özündə dörd əsas istiqaməti – orta əsrlər, Rusiya imperiyası, Sovet və müstəqillik dövrü memarlığını əks etdirən firavan Avropa paytaxtı təəssü­ratı­nı yaradır.

Budur, biz daş döşənmiş dar küçələri ilə gəzişdiyimiz İçərişəhərdəyik. Evlər elə yaxındır ki, sanki buradan əlini uzatsan o birinə dəyəcək. Turistlər burada gəzməyi xoşlayırlar. Sovet dönəmində həmin bu İçərişəhərdə xeyli məşhur filmlər çəkilib.

Burada kişilər görüşərkən, şərqlilərə xas doğmalıqla öpüşüb qucaqlaşırlar, qadınlar isə əsl kübarlıq mücəssəməsidirlər.

Bakının memarlıq mədəniyyəti özündə Qərblə Şərqin vəhdətini əks edir. Müasir binalar, sanki Bakının mirvarisidir. Öz təxəyyüllərini gerçəkləşdirmək üçün burada fars əsilli Britaniya avanqardçısı Zaha Hadid, avstriyalı Frans Yants kimi, dünyanın ən tanınmış memarları çalışıblar. Heydər Əliyev adına Hava Limanının futurist silueti, ecazkar Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Bakı Kristal Zalı və s. bu kimi unikal quruluşlu tikililər insanı gözəlliyi və orijinallığı ilə valeh edir.

Kütləvi mədəniyyətdən danışarkən qeyd etməliyik ki, Türkiyənin Azərbayca­na böyük təsiri var. Bu iki ölkənin xalqı, demək olar ki, eyni dildə danışır. Odur ki, Türkiyə dövləti kimi, bu ölkənin mədəniyyəti də burada yad hesab olunmur. Onlar özlərini bir millət, iki dövlət kimi təqdim edirlər. Eyni yanaşmanın mən Kişinyovda ru­mın-moldavan vəhdətində şahidi olmuşam. Qeyd edim ki, ötən əsrin 30-cu illərinə qədər azərbaycanlıların milliyyəti pasportlarında türk kimi göstərilirdi...

...Ukraynaya – “Borispol” aeroportuna enişdən bir xeyli keçsə də, hələ də Bakı təəssüratlarından ayrılmamışam. Sərnişinləri Kiyevə aparan avtobus sürücüsü­nün “çamadanlarınızı bura qoyun” sözündən sonra harada olduğumu anlayıb, ucuz və darısqal yataqxanaya bənzəyən aeroporta, sökük asfalta, zövqsüz binalara baxıram... Hə, deyəsən, gəlib evə çatmışıq. Kiyev Bakıdan sonra mənə çox kasıb və sönük görünür. Amma vətəni Ukraynaya qayıdan insanların gözlərindəki təbəssüm burada heç də hər şeyin itirilmədiyindən xəbər verir...

Bəli, bizim neftimiz, qazımız qalmasa da, intellektli, fəal, özünə və sabahına inamlı insanlarımız var. Və bu yeganə kapital ümid verir deyək ki, burada hələ heç də hər şey itirilməyib.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.