“Xəzər” dünya ədəbiyyatı dərgisinin saytı fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı dərgisinin saytı (xezerjurnali.az) fəaliyyətə başlayıb. Saytın arxiv bölümündə jurnalın müxtəlif saylarının tam elektron versiyasını oxumaq mümkündür. Bundan başqa, “Layihələr”, “Ədəbi-mədəni yeniliklər” və “Haqqımızda” adlı bölümlərindən Mərkəzin fəaliyyəti və jurnalda dərc olunan materiallar barədə informasiyalar yerləşdirilib. Xezerjurnali.az saytının “Bu sayda” bölməsində son nömrədə yer alan tərcümə materiallarının anonsu verilib.
Qeyd edək ki, "Xəzər" dünya ədəbiyyatı dərgisi 1989-cu ildən nəşr olunur və hal-hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir. İldə 4 nömrəsi işıq üzü görür. Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların yaradıcılığı, həmçinin memuarlar, gündəliklər, müsahibələr və s. peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir. Jurnalın baş redaktoru yazıçı-tərcüməçi Afaq Məsuddur.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...