Azərbaycan Tərcümə Mərkəzinin nəşrləri Beynəlxalq sərgidə maraqla qarşılanıb
İstanbul, 11 noyabr, AzərTAc
Xəbər verdiyimiz kimi İstanbulda keçirilən 33-cü Beynəlxalq kitab sərgi-yarmarkasında ölkəmizi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edir.
Mərkəzin əməkdaşı Fərid Hüseynov AzərTAc-a bildirib ki, təmsil etdiyi qurumun sərgidə Azərbaycan və dünya ədəbiyyatı ilə bağlı nümayiş etdirdiyi nümunələr maraqla qarşılanıb. Ziyarətçilərə Azərbaycan Tərcümə Mərkəzinin yaranması, onun qarşısında duran vəzifələr və fəaliyyəti ilə bağlı məlumatlar verilib.
Sərgidə əlaqələri genişləndirmək üçün əlverişli fürsət yarandığını diqqətə çatdıran F.Hüseynov bildirib ki, Azərbaycan Tərcümə Mərkəzi üzərinə düşən vəzifələri layiqincə həyata keçirmək üçün kitabçılıq sahəsində beynəlxalq təcrübəni öyrənməkdə maraqlıdır. O cümlədən, Azərbaycanın ədəbi, mədəni və elmi irsinin dünyada tanıdılması və təbliği, eləcə də dünya ədəbi, bədii, mədəni və elmi fikrini ifadə edən maraqlı nümunələrin Azərbaycan dilində tərcüməsi mərkəzin qarşısında duran əsas vəzifələrdəndir.
Sərginin təşkilat komitəsinin kataloqunda yer alan Azərbaycan Tərcümə Mərkəzi bundan sonra Türkiyə Yayımçılar Birliyinin bütün sərgilərinə dəvət olunacaqdır.
Qeyd edək ki, sərgi çərçivəsində mərkəzin nəşri olan “Xəzər” jurnalının müxtəlif nömrələrindən çoxsaylı nümunələr ziyarətçilərə təqdim edilib.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
VƏ DİGƏR...
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...
-
Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.