NORLA təşkilatının rəsmisi Tərcümə Mərkəzində

NORLA təşkilatının rəsmisi Tərcümə Mərkəzində

Mayın 30-da Norveçin “NORLA” təşkilatının rəsmi nümayəndəsi xanım Dina Roll-Hansen ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı müxtəlif dövrlərdə Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş Byörnstyerne Byörnson, Knut Hamsun, Henrik İbsen, Arvid Turqer Li, Tarey Vesos, Yusteyn Qorder kimi məşhur Norveç ədiblərinin əsərlərindən söhbət açılıb, yaxın gələcəkdə “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Osloda nəşrinə dair məsələlər müzakirə edilib.

Başlıca qayəsi Norveç ədəbiyyatının dünyada təbliği olan NORLA təşkilatının fəaliyyəti barədə geniş məlumat verən xanım Dina Roll-Hansen bu istiqamətdə bir il ərzində 400-dən artıq layihə həyata keçirildiyini qeyd edərək, Azərbaycan-Norveç ədəbiyyatları arasında ədəbi körpülərin qurulmasında Mərkəzlə əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırıb.

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.