Tərcümə Mərkəzinin gördüyü işlər media nümayəndələrinə təqdim olundu

Tərcümə Mərkəzinin gördüyü işlər media nümayəndələrinə təqdim olundu

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyi tərəfindən 5 noyabr, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində bu vaxta qədər olan, həmçinin, gələcək fəaliyyətlə bağlı mətbuat konfransı keçirildi. Konfransda media nümayəndələrinə Mərkəzin qarşıda duran vəzifələri, ölkədə tərcümə sahəsinin vəziyyəti, mövcud problemləri və onların həlli yolları ilə əlaqədar görülən işlər barədə məlumat verildi.
Tədbiri giriş sözü ilə açan Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn media nümayəndələrini salamlayaraq, Mərkəzin yaradılması və fəaliyyəti ilə bağlı Respublika Prezidentinin Fərman və Sərəncamlarını qeyd etdi. Sonra isə Mərkəzin aparat rəhbəri Yaşar Əliyev Tərcümə Mərkəzinin tarixindən, həyata keçirilən layihələrdən bəhs etdi və yeni Mərkəzin dərin ənənələrə malik bir qurum olduğunu vurğuladı: “Yeni Mərkəz yaradılana qədər Mərkəzin direktoru, görkəmli yazıçı Afaq Məsud çox böyük fədakarlıqlar hesabına cüzi maliyyə ilə “Xəzər” dünya ədəbiyyatı jurnalının nəşrinə, eləcə də seriya kitabların çapına nail ola bildi. İndi isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən biz peşəkar tərcüməçilərə daha geniş imkanlar yaradılıb. Bircə qalır səylə çalışmaq. Tərcümə işi ilk növbədə öz ana dilinə xidmət və dillərin bir-birinə yaxınlaşması deməkdir. Hər bir dil, necə deyərlər başqa dillərlə toqquşanda, ünsiyyət yarananda zənginləşir, inkişaf edir. Bu prosesi həyata keçirən isə tərcümə sənətidir. Bundan başqa, bəzi insanlar elə düşünür ki, biz yalnız bədii tərcümələrlə məşğul olacağıq. Ancaq belə deyil. Bu, çoxşaxəli, geniş miqyaslı bir fəaliyyət olacaq, fəaliyyətimizdə reklam lövhələrindən tutmuş, dublyaj, elmi-texniki, hüquqi, tibbi və s. sahələr əhatə olunacaq.”
Daha sonra Y.Əliyev jurnalistlərin saullarını cavablandırdı. Sonda isə Mərkəzin rəsmi saytının (aztc.gov.az) və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin saytının (aydinyol.az) təqdimatları keçirildi.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.