Fransa Respublikası səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Fransa Respublikası səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Aprelin 11-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət müşaviri cənab Yohan Şitterer Tərcümə Mərkəzində olub.

Görüşdə, artıq bir neçə dildə müxtəlif ölkələrdə nəşr olunmuş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın fransız dilinə mükəmməl səviyyədə tərcüməsi məsələləri, həmçinin Fransa-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dair digər məsələlər müzakirə olunub.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.