Tərcümə Mərkəzinin nümayəndə heyəti Bolqarıstan Yazıçılar Birliyində

Tərcümə Mərkəzinin nümayəndə heyəti Bolqarıstan Yazıçılar Birliyində

ARNK yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti dekabrın 13-17 tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 44-cü Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bolqarıstan Yazıçılar Birliyi ilə görüş keçirib. Görüş zamanı qurumun, dünya ədəbiyyatı nümunələrinin Azərbaycanda, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması istiqamətində son iki il ərzində gördüyü işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan söz açılıb, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmə tanıdılması istiqamətində artıq bir neçə dilə tərcümə və nəşr edilən “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın bolqar dilinə mükəmməl səviyyədə tərcüməsi və Bolqarıstanın ədəbi mühitinə tanıdılması üzrə vacib tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Angelovla yanaşı, Birliyin baş katibi, şair Xristo Qanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, şair, dramaturq Dmitri Xristov, şair-tərcüməçi Nadya Popova, dramaturq, şair-tərcüməçi Atanas Zvezdinov, şair-tərcüməçi İvan Yesenski, həmçinin Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak ediblər.

Görüşdən sonra Afaq Məsud Bolqarıstan Jurnalistlər Birliyinin əməkdaşı, tanınmış jurnalist Rozalina Yevdokimovaya müsahibə verib.


Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.