İtaliya səfiri Tərcümə Mərkəzində olub

İtaliya səfiri Tərcümə Mərkəzində olub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillonu qəbul edib. Görüşdə İtaliya səfirliyi ilə Tərcümə Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Ədəbiyyatlararsı mübadilə, tərcümə və nəşr məsələləri, həmçinin italyan dilinin ölkədə aktuallığı  və tədrisi görüşün əsas müzakirə mövzusu olub.

C.Kutillo gərəkli təkliflərdən dolayı məmnunluq duyduğunu bildirib: “Səfirlik olaraq bu işlərlə məşğul olsaq da, sizin tərcümə xidmətlərinizdən də istifadə etmək bizimçün xoş olar. Çalışacağıq ki, bundan sonra daha sıx və geniş müstəvidə əməkdaşlıq edək”.

Görüş zamanı həmçinin Mərkəzin 4-7 dekabr tarixində İtaliyanın Roma şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirakı ilə bağlı məsələlər, habelə, İtaliya ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatının isə italiyan dilinə çevrilməsi və tanıdılması istiqaməti üzrə təkliflər də diqqətə çatdırılıb.

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...