Xuan Rulfo – “Pedro Paramo”

Xuan Rulfo  – “Pedro Paramo”

"Pedro Paramo" Meksika yazıçısı Xuan Rulfonun yeganə romanıdır. 1955-ci ildə işıq üzü görmüş bu əsər maqik realizm janrında qələmə alınan ilk latınamerika romanlarındandır. Rulfonun romanı ispandilli ədəbiyyatın zirvələrindəndir və ədəbiyyatşünaslar onu XX əsr nəsrinin sonrakı məcrasını müəyyən edən məhək daşı sayırlar.

 Əsərin qəhrəmanı Xuan Presiado yuxu ilə reallığın, həyatla ölümün arasında özünü tapmağa çalışır və axtara-axtara, gerçəkliklə təxəyyülün sərhədlərini də itirir.

Romanın maraqlı cəhətlərindən biri də budur ki,  Xuan Rulfo təxəyyülünün gücü əslində, çox dərin fəlsəfi problemləri cəsarətli fantastikadan istifadə etməklə ön plana çıxarmaq bacarığında təzahür edir və üstəlik, bunu sırf milli yanaşma ilə həyata keçirir. 

Roman Karlos Fuentes, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes kimi dünya miqyaslı söz ustalarının yaradıcılığına da əhəmiyyətli təsirini göstərib. Bunu bütün ədəbiyyat xiridarları deyirdilər. Markesin özü isə bu barədə sonralar belə yazdı: ""Pedro Paramo" müxtəlif zamanlarda ispan dilində yazılan bütün romanların ən gözəlidir".

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.