“Xəzər” dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görəcək

“Xəzər” dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görəcək

Yaxın günlərdə "Xəzər" dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görəcək. Dərgi Nobel mükafatçısı Elis Manronun müsahibəsi və "Qismət" hekayəsi (tərc. Yaşar) ilə açılır.

"Qızıl dövrün şairləri" rubrikasında Ramiz Rövşənin tərcüməsində Puşkinin dərsliklərdə olmayan şeirləri ilə tanış olacaqsınız. Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima və Robinson Ceffersini təqdim edir. Afaq Məsudun tərcüməsində "Xilas yolunun yolçuları" və  "Müqəddəslər və onların söylədikləri" rubrikasında Hüseyn İbn Mənsur Həllac və digər sufilərdən bəhs edilmişdir.

Nəsr bölməsində görkəmli Argentina yazıçısı Ernesto Sabatonun "Tunel" romanı (tərc. Saday Budaqlı), fransız yazıçısı Marsel Prustun "Svana doğru" (tərc. Z.Sarıtorpaq) romanından parça, E.Heminquey və Ruben Bareyronun hekayələri verilmişdir. Türkiyə yazıçısı Orxan Pamukun "Mənzərədən parçalar" esselər kitabından bir hissəni oxuculara Fərid Hüseyn təqdim edir.

Jurnalda həmçinin "Aforizmlər və sitatlar", "Yazıçı yazıçı haqqında", "Duyğular, düşüncələr", "Türk qardaşlarımız", "Debüt" rubrikalarında şair Ezra Paundun (Amerika), yazıçı Şervud Andersonun (Amerika), Akutaqavanın (Yaponiya), Asəf Halət Çələbinin (Türkiyə) yaradıcılığından nümunələrlə və bir sıra başqa maraqlı yazılarla tanış ola bilərsiniz.

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.