British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt Afaq Məsudla görüşüb

British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt Afaq Məsudla görüşüb

Fevralın 24-də British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb. Görüş zamanı dil və tərcümə, tərcümə tədrisinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, ədəbiyyatlararası əlaqələrin və mübadilələrin qurulması, eləcə də digər əlaqədar mövzularda danışıqlar aparılıb.

Afaq Məsud qonağı salamlayaraq, dil və tərcümə sahəsinin mövcud durumundan, dilin düzgün tətbiqi, tərcümə tədrisinin və tərcüməçilik fəaliyyətinin beynəlxalq normalara uyğun səviyyədə qurulması istiqamətində görülən işlərdən danışaraq, ədəbiyyatlararsı mübadilələrə geniş imkanlar yaradan Müasir Azərbaycan ədəbiyyatı antologiyası” layihəsindən söz açıb:

Ötən ilin dekabrında antologiyanın Moskvada geniş təqdimat mərasimi baş tutdu. Kitabın yaxın vaxtlarda ərəb dilində Misirdə, daha sonra İordaniya, Fələstin, Mərakeş, Liviya və digər bu kimi, ərəb ölkələrində nəşri planlaşdırılır. Bu nəşrin ilkin təqdimatı Misir Milli Mədəniyyət Mərkəzində keçiriləcəyi nəzərdə tutulub. İyunda isə, ikicildliyin, türk dilində Ankarada təqdim ediləcəyi gözlənilir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim edilir. Biz bu nəşri Azərbaycan dilində də çapa hazırlamışıq və nə qədər qəribə də olsa, milli ədəbiyyatımız Azərbaycana da, ilk dəfə belə bir akademik formatda təqdim ediləcək.

Elizabet Vayt: Tərcümə Mərkəzi dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, ədəbi dilin qorunması və istifadəsi, tərcümənin tədrisi, eləcə də ədəbiyyatlararası mübadilələr istiqamətində fövqəladə işlər görür. Azərbaycan ədəbiyyatının dünyaya belə bir formatda təqdimatı, eləcə də dünya ədəbiyyatlarının ölkədə işıqlandırılmasıyla bağlı görülən işlər, həqiqətən təqdirəlayiqdir. Məhz bu format dünya oxucusunda milli ədəbiyyatımız barədə tam və müfəssəl təəssüratın yaranmasına imkan verir. Antologiyanın ingilis dilində mükəmməl səviyyədə alınması, nəşri və təqdimatıyla bağlı təkliflərinizi yüksək dəyərləndirirəm. Bununla bağlı İngiltərənin əlaqədar qurumlarıyla əlaqə yaradacaq və Mərkəzlə bu sahədə işbirliyinin qurulmasına yardımçı olacağıq.


Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...