"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxdı
I "Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi"-nin qalibi "Mənsur Həllac" pyesi jurnalın bu sayında.
"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (4/2015) sayı nəşr olunub.
Jurnalın bu sayında:
* "Nobel kürsüsü" rubrikasında - 2015-ci ilin ədəbiyyat üzrə nobelçisi Svetlana Aleksiyeviçin Nobel nitqi və "Tabut oğulları" hekayəsi;
* "Azərbaycan ədəbiyyatı" rubrikasında A. Məsudun "Mənsur Həllac" pyesi;
* "Bəşəri poeziya" rubrikasında Oktavio Pasın şeirləri və müsahibəsi;
* "Məktublar" rubrikasında Tomas Vulfun məktubları;
* "Klassik hekayələr" rubrikasında Adolfo Kasaresin "Qəbri necə qazmalı" hekayəsi;
* "Latın Amerikası poeziyası" rubrikasında Kolumbiya şairlərinin şeirləri;
* "Esse" rubrikasında Uiston Hyu Odenin "Mən"i olmayan adam" essesi;
* "Yaddaş" rubrikasında İbn Fədlanın "Səyahətnamə"si;
* "İspan modernizmi" rubrikasında Antonio Maçadonun şeirləri;
* "100 il" rubrikasında Haldun Tanərin "Kəşanlı Əli dastanı" pyesi və digər maraqlı yazılar təqdim olunur.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...