Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanası fəaliyyətə başladı

Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanası fəaliyyətə başladı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanası fəaliyyətə başladı.

Kitabxana bu günə qədər ölkə üzrə Azərbaycan dilinə tərcümə olunan əsərləri arxivləşdirməklə yanaşı, yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatların, mətn və materialların, lüğətlərin, habelə, tədris və dərs vəsaitlərinin, eləcə də müasir və klassik bədii ədəbiyyat nümunələrinin kataloqunu və əsərləri özündə cəmləyir. 

Dünyanın aparıcı nəşriyyatları ilə mütəmadi əməkdaşlıq edən “Açıq kitab” Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrlərinə də öz səhifələrində yer ayırır. Kitabxanaya daxil olanlar burada Tərcümə Mərkəzinin nəşrləri ilə də tanış ola, “Xəzər” dünya ədəbiyyatı jurnalının, “Aydın Yol” ədəbi-ictimai qəzetinin  onlayn versiyalarını izləyə bilər. 

www.achiqkitab.az ünvanlı kitabxanaya daxil olun və minlərlə kitabı ödənişsiz əldə edin! 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.