Tərcümə Mərkəzinin əməkdaşları Şimali Avropa ölkələrinin Ədəbiyyat Təbliği Mərkəzinin rəhbəri ilə görüşüb

Tərcümə Mərkəzinin əməkdaşları Şimali Avropa ölkələrinin Ədəbiyyat Təbliği Mərkəzinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları XXII Budapeşt Kitab Sərgisi çərçivəsində Şimali Avropa Ölkələrinin Ədəbiyyat Təbliği Mərkəzinin (Nordic Literature Promotion and Publishing House) nümayəndələri ilə görüş keçirib. Adıçəkilən qurum, Danimarka, İslandiya, Finlandiya, Norveç və İsveç ədəbiyyatının dünya dillərinə, eləcə də dünya ədəbiyyatı nümunələrinin bu ölkələrin dillərinə çevrilərək yayımlanması üzrə fəaliyyət göstərir.

Görüşdə Mərkəzin tərtib etdiyi “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın bu dillərə tərcüməsi və adıçəkilən  ölkələrdə nəşri məsələləri müzakirə edilib. Tədbirdə təşkilatın nəşriyyat məsələləri üzrə rəhbəri, cənab Balasiz Bıtfan qarşılıqlı əməkdaşlıqla bağlı fikirlərini bölüşüb:

 “Təmsil etdiyimiz qurum Şərq və Azərbaycan ədəbiyyatı nümunələrinin bu xalqların dilinə tərcümə olunmasında maraqlıdır. Ölkənizdə bu sahəylə məşğul olan Tərcümə Mərkəzi kimi dövlət qurumunun mövcudluğu təqdiredici haldır. İstərdik ki, Mərkəzlə əməkdaşlığımız daimi olsun, qarşılıqlı təşkilatlar öz ədəbiyyatının tərcümə və nəşr prosesində əlaqələndirici, həm də idarəedici qurum rolunu oynasın”.

Görüş zamanı isveç yazıçısı, “StorySide” nəşr şirkətinin rəhbəri Kamilla Qrebe də öz fikirlərini bölüşüb: “Mən bu sərgidə ölkəmi yazar qismində təmsil edirəm. Azərbaycan, dünyanın marağında olan ölkədir. Düşünürəm ki, ölkələrimizin ədəbiyyatlarının qarşılıqlı tərcüməsi və tanıdılması xalqlarımız və ölkələrimiz arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Mərkəzlə sıx əlaqələrin qurulmasını, bu istiqamətdə atılan vacib addım hesab edirəm”.

 

 

 

VƏ DİGƏR...