“Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatının təqdimetmə mərasiminin press-relizi

“Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatının təqdimetmə mərasiminin press-relizi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” müsabiqəsinin mükafatlandırılma, “Tərcümə Mərkəzinin Kitabları” seriyasından işıq üzü görən kitablar və “Xəzər” bədii tərcümə jurnalının yeni saylarının təqdimat mərasimi keçiriləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (Az.TM) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamıyla yaradılmışdır. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə “Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatı, Mərkəzin tərcümə  sahəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli layihələrdəndir. İki ildən bir keçirilməsi nəzərdə tutulan bu müsabiqəyə nəsr və poeziya nominasiyaları üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir. “Dəf(i)nə yarpağı” ölkənin ən böyük tərcümə mükafatıdır.

“Tərcümə Mərkəzinin kitabları” seriyasından Xuan Rulfonun “Pedro Paramo”, Akutaqava Rünoskenin “Tanrıların istehzası”, Ernest Heminqueyin “Qadınsız kişilər”, Yasmina Mixayloviçin “Xəzər dənizinin sahillərində”, Matilda Urrutianın “Pablo Nerudayla yaşanan ömür”, sufi mətnlərindən seçmələr – “Xilas yolunun yolçuları”, dünya şairlərinin şeirlərindən seçmələr – “Bəşəri poeziya” və “Serbcə-azərbaycanca lüğət” kitabları nəşr olunub.

“Xəzər” dünya ədəbiyyatı jurnalı Mərkəzin rüblük mətbu orqanıdır. Nəşri uzun illərdən bəri maddi imkansızlıq ucbatından dondurulmuş jurnalın artıq bir neçə sayı işıq üzü görüb. Məzmunu, ədəbiyyat seçimi, tərcümə səviyyəsi, nəfis tərtibatı ilə ölkənin aparıcı nəşrlərindən olan “Xəzər” dünya ədəbiyyatı nümunələrinin dilimizə yüksək səviyyədə tərcüməsini həyata keçirməklə yanaşı, dünya müstəvisində gedən proseslərə də geniş yer ayırır. Jurnal həmçinin, bədii tərcümənin aktuallaşdırılması, yeni tərcüməçi kadrların yetişdirilməsi istiqamətində də əhəmiyyətli işlər görür. “Debüt”, “Klassik tərcümələr”, “Nobel kürsüsü”, “Buker mükafatı laureatları”, “Bəşəri poeziya”, “Memuar”, “Xilas yolunun yolçuları”, “Səhnə ədəbiyyatı”, “Ədəbi mozaika” kimi rubrikalar oxucuları dünya ədəbiyyatının tanınmış simaları, söz sahibləri ilə tanış edir.

Jurnalın xezerjurnali.az  saytı 1989-cu ildən işıq üzü görmüş nömrələri arxivləşdirməklə yanaşı, dövri nəşrlərdə yer alan ədəbi nümunələri də mütəmadi şəkildə yayımlayır.  

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.