Tərcümə Mərkəzi “Aydın yol” qəzeti açır

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Aydın yol" qəzeti fəaliyyətə başlayacaq.

Bu barədə qurumun mətbuat işləri üzrə müşaviri Fərid Hüseynov məlumat verib. Onun sözlərinə görə, hələlik qəzetin açılması üçün hazırlıq işləri gedir.

F. Hüseynov bildirib ki, mediada qəzetdə əmək haqlarının çox yüksək olması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir:

" Əksər qəzetlər kimi satış və abunəsi həyata keçiriləcək "Aydın yol" qəzetində əmək haqları təqribən 500-600 manat olacaq. Bu maaşlardan vergi tutulacağını da nəzərə alsaq, heç bir "fantastik rəqəmdən" söhbət getmədiyi aydın olar"

http://www.525.az/site/?name=xeber&news_id=24970

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...