Ferdinand de Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda işıq üzü gördü

Ferdinand de Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda işıq üzü gördü

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış isveçrəli dilçi-alim, semiologiya və struktur dilçiliyin banisi Ferdinand de Sössürün “Ümumi dilçilik kursu” kitabı Azərbaycan dilində işıq üzü görüb.

XX əsr dilçilik elminin “atası” hesab edilən alimin mühazirələri əsasında hazırlanmış kitab, ümumilikdə ötən yüzilliyin humanitar təfəkkürünə əhəmiyyətli dərəcədə təsir göstərmiş, ölümündən 3 il sonra məşhur isveçrəli dilçilər – Şarl Balli və Alber Seşe tərəfindən tərtib edilərək, dünyanın bir çox dillərinə tərcümə və nəşr edilmişdir. Əsər  dünya dilçiliyi tarixində linqvistika elminin inkişaf mərhələlərini müəyyən edən ən dəyərli elmi tədqiqat işi hesab edilir.

Dilçilik və tərcüməçilik, humanitar elmlərin ümumi metodoloji problemləri sahəsi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabı dilimizə Azərbaycanın tanınmış dilçi alimləri – akademik Nizami Cəfərov və filologiya üzrə fəlsəfə doktoru İsmayıl Temiroğlu tərcümə edib.

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.