"Xəzər" dünya ədəbiyyatı dərgisinin saytı fəaliyyətə başlayıb

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı dərgisinin saytı (xezerjurnali.az) fəaliyyətə başlayıb.
Mərkəzdən APA-ya verilən məlumata görə, saytın arxiv bölümündə jurnalın müxtəlif saylarının tam elektron versiyasını oxumaq mümkündür. Bundan başqa, “Layihələr”,  “Ədəbi-mədəni yeniliklər” və “Haqqımızda” adlı bölümlərində Mərkəzin fəaliyyəti və jurnalda dərc olunan materiallar barədə informasiyalar yerləşdirilib.
Xererjurnali.az saytının “Bu sayda” bölməsində son nömrədə yer alan tərcümə materiallarının anonsu verilib.
Qeyd edək ki, "Xəzər" dünya ədəbiyyatı dərgisi 1989-cu ildən nəşr olunur və hazırda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir. İldə 4 nömrəsi işıq üzü görür. Jurnalın baş redaktoru yazıçı-tərcüməçi Afaq Məsuddur.

APA.

DİGƏR MƏQALƏLƏR