Azərbaycan ədəbiyyatı nüfuzlu Rusiya mətbuatında

Azərbaycan ədəbiyyatı nüfuzlu Rusiya mətbuatında

Azərbaycan Tərcümə Mərkəzinin milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi növbəti layihənin – Rusiyanın “Literaturnaya qazeta” nəşrinin Azərbaycan ədəbiyyatına ayırdığı “Müasir Azərbaycan ədəbiyyatı” səhifəsinin ilk təqdimatı olub.

Qəzetin 11 aprel tarixli sayında Əli Kərimin “Qayıt”, “Daş”, “Analar ağlayır”, Vaqif Səmədoğlunun “Qaya”, “Şopen”, “Səhər açılır”, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, “Ay işığı”, Vaqif Bayatlının “Göy üzünə qalxan dəniz”, “Biz qəribik”, “Həyat davam edir” şeirlərinin dərc olunduğu qoşa səhifə  “Baş verən şeirlər” ön sözü ilə təqdim edilir.

Ön sözdə, Rusiyanın geniş oxucu auditoriyasına təqdim olunan bu ədəbi simaların hər birinin yaradıcılığı ayrı-ayrılıqda və birlikdə Azərbaycan ədəbiyyatının əlamətdar hadisəsi kimi qeyd edilir: “Onların yaradıcılığına olan maraq yeni fərdiyyətçi şüurdan, üslub azadlığından irəli gəlirdi. Bu, elə bir dövr idi ki, ədəbiyyatda ifrat həddə çatmış pafos, yaradıcı axtarışların yeniliyi və müxtəlifliyi ilə əvəzlənirdi. Amma bu, bir tarixi dövrün ətalətinin mexaniki dəf edilməsi deyildi. Bu şairlərə populyarlıq qazandıran, ilk növbədə, onların poetik istedadının miqyası və potensial imkanlarının genişliyi idi. Nəzərinizə təqdim edilən bu şeirlər oxunduqca, istər-istəməz Yevgeni Yevtuşenkonun “Şeirlər yazılmır – baş verir” sözləri yada düşür...


Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.