Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində

Mayın 12-də Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru cənab Hans Yurgen Maurer ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı müxtəlif dövrlərdə Haynrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb. Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında ədəbi körpülərin qurulması və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdimatı, kitabın Almaniya və Avstriyanın aparıcı kitabxanalarına yerləşdirilməsinə dair məsələlər müzakirə olunub. 

Qalereya

DİGƏR MƏQALƏLƏR