TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində

Türkiyənin TRT Bakı bürosunun rəhbəri cənab Yıldıray Arslan Tərcümə Mərkəzində olub. Görüş zamanı Mərkəzin Türkiyə ədəbiyyatına ayırdığı diqqətdən, görkəmli türk yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə tərcümə və nəşr edilərək, Azərbaycan oxucusuna tanıdılmasından, həmçinin yaxın günlərdə Azərbaycan dilində işıq üzü görəcək “Türkiyə ədəbiyyatı antologiyası”ndan söz açılıb. Cənab Yıldıray Arslan öz növbəsində Mərkəzin Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin qurulması istiqamətində həyata keçirdiyi layihələrlə bağlı məmnunluğunu ifadə edərək, Mərkəzin ədəbiyyatlararası əlaqələr üzrə fəaliyyətinin TRT kanalı tərəfindən işıqlandırılmasının hər iki ölkənin ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyini bildirib.

Qalereya

DİGƏR MƏQALƏLƏR