Afaq Məsud: ALLAHIN OVCUYLA ÜZƏN BÖYÜK ƏDƏBİYYAT OCAĞI

Tərcümə Mərkəzi haqqında düşünəndə,  ilk növbədə, böyük ədəbiyyat eşqi, ədəbi fikir, Bədii Söz uğrunda yaşanan itkilər, qələbələr, əzablar və azadlıqlar dolu, ağrılı-nisgilli, bitib-tülənməz dərəcədə  uzun-uzadı ömür yolu yada düşür… Ədəbiyyatla Ədəbiyyatda yaşayan unudulmaz  Aydın Məmmədov… sözü sözdən, tükü tükdən mikroskopik dəqiqliklə seçən, istedadlı Natiq Səfərov… inqilabçı ruhu, maarifçi ovqatıyla ölkə həyatında oyadıcı dəyişikliklər yaradan “Xəzər” jurnalı… Yesenini, Kafkanı, Sellenceri, Folkneri, Vulfu həlim təvazö, dərin ədəbiyyat sevgisi ilə Azərbaycan oxucusuna tanıdan “Yol” qəzeti… insan, bu dünya və mövcudluq sirlərini, ən gizli həyat həqiqətlərini oyadıb hərəkətə gətirmək eşqi ilə yanıb yaxılan Vaqif Bayatlı… Mərkəzi ən kasıb, ən imkansız, ölü vəziyyətlərdən bitib-tükənməz yaradıcı enerjisi və həyat eşqi ilə xilas edən  Zakir Fəxri… Tuluz Lotrekin uğursuz taleli obrazlarını andıran incə Adil Mirseyid… hər sözdən doluxsunub qəhərlənən, qəhərləndikcə gözəlləşən dəliqanlı Əlisəmid Kür… Mərkəzə – qar-tufanlı, kimsəsiz, qaranlıq  çöllüklərdən isti, işıqlı evə düşmüş tək, sığınan neçə-neçə istedadlı qələm adamı – şairlər, yazıçılar, publisistlər, tərcüməçilər… – ölkənin müharibə, hakimiyyət dəyişkənliyi, qaçqınlıq qovğası, inflyasiya və imkansızlıq ləngərtiləri ilə çalxalandığı ağır gündəmiylə – Allahın ilıq, məhrəm Ovcuyla Nuh Gəmisi tək, üzən böyük Ədəbiyyat Ocağı…

    2014-cü ilin 16 mayında ölkə başçısı, cənab İlham Əliyevin Fərmanıyla Mərkəzə verilən yeni status, düşünürəm, həmin bu 25 illik təmənnasız xidmətə, ciddi ədbiyyata, Bədii Sözə, peşəkarlıq məktəbinə verilən qiymətdir. Bu Fərmanın, İmamzadə abidə qoruğunun abadlaşdırılması Fərmanıyla eyni tarixə düşməsi isə, bu ocağın, onun amal və əqidəsinin müqəddəsliyindən xəbər verən əlahiddə əlamətdar hadisə – sirri-Xudadır.  Mərkəzi bu 25 ilin ağır maddi, mənəvi məngənəsində sınmağa, əyilməyə, əqidəsini, məsləkini itirməyə, məhv olmağa imkan verməyən böyük sirri-Xuda…                                            

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.