“Ən yeni ədəbiyyat” antologiyasına daxil ediləcək imzalar müəyyənləşib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrə hazırladığı “Ən yeni ədəbiyyat” antologiyası redaksiya heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda antologiyanın hazırlanması prosesində görülən işlər müzakirə edilib, heyət üzvləri – ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal və Mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı-tərcüməçi Yaşar Əliyev, dil mütəxəssisi, yazıçı-tərcüməçi Etimad Muradov təqdim olunan nümunələrin bədii keyfiyyəti, dil və üslub xüsusiyyətləri və s. barədə fikirlərini bölüşüblər. Sonda kitabda yer alacaq müəlliflərin və bədii mətnlərin siyahısı müəyyənləşdirilib.

İclasın geniş mətni “Aydın yol” qəzetinin 16 sentyabr 2016-cı il tarixli sayında dərc ediləcək.

 

Qalereya

DİGƏR MƏQALƏLƏR