"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə növbəti lazımsız sözlər: ərğənun, dımırcıqlı, laslama, dın-dın

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə növbəti lazımsız sözlər: ərğənun, dımırcıqlı, laslama, dın-dın

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin növbəti siyahısını açıqlayıb.

"Report" həmin siyahıda yer alan sözlərdən bəzilərini təqdim edir.

Mənşəyi və mənası anlaşılmayan sözlər: darısqalolma, dilotuyemə, dilsındırma, diltərpənməz, diltərpətməz, diltərpətməzlik, diltutma, dilvarılıq, dımbır, dımıqlıq, dımıqolma, dımırcıqlı, dina, dın-dın, diniş, dınqır-dınqır, dınqırıq, dır-dıretmə, diriciyəz, dırmığabənzərlik, dırmığaoxşarlıq, diskontetmə, dişkirəsi, dişqozu, dişlicə, diştəhərlik, dit-dit, dit-ditetmə, ditetmə, dız, dız-dız, dız-dızoynama, dızqax, dızqax-dızqax, dızqaxlıq, dızman, dızmanlıq, dızz, dodaqsalma, dodaqşəkillilik, dodaqvarılıq, dodemə, dodu, dodu-dodu, doduluq, doduluqetmə, doduoynatma, dom-dom, donca, donluqsuzluq, donuzbala və s.

Dialekt və ara sözləri: ditdi, çöpükləmə, çöpükləmək, çöpüklü, dızax, dızaq, dızıxqulu, dızıxlıq, doblabaca, gədəbaşı, gumbadan, hafıldama, hafıldamaq, hafıltı, keçələt, qıvxırıq, qıvxırma, qıvxırmaq, laslama, laslamaq, lat-lüt, lavaşqulaq, lət-mət və s.

İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər: əngəlüzar, ənin, ənkəbut, ənqa, ənqaz, ənqərib, ənvar, ənzar, ərbəin, ərcümənd, ərğənun, ərqəvan, ərqəvani, ərradə, ərş-gürş, ərşi-əla, ərşi-ilahi, ərus, ərusək, ərvah və s.

 

Qeyd edək ki, hazırda "İşlək orfoqrafiya lüğəti" üzərində iş aparan Tərcümə Mərkəzi bu günə kimi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan minlərlə lazımsız sözləri ictimaiyyətə təqdim edib.

report.az 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...