“Aydın yol” qəzeti işıq üzü görəcək

“Aydın yol” qəzeti işıq üzü görəcək

“Aydın yol” qəzeti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanıdır.

“Aydın yol” – Azərbaycan və dünya ədəbiyyatında gedən prosesləri izləyən, tanınmış ədəbi simaların həyat və yaradıcılığını, Azərbaycan dilinin müxtəlif norma və qaydalarına uyğun şəkildə işlədilməsi proseslərini işıqlandıran, ədəbi-bədii, elmi, publisistik ədəbiyyatların, dərsliklərin, habelə, dil və tərcüməyə müraciət edilən digər ədəbiyyatların dil, məzmun və tərcümə baxımından keyfiyyətinin təhlilinə, efir, dublyaj, reklam, küçə lövhələri və digər bu kimi ictimai-kütləvi sahələrdə baş verən dil və tərcümə pozuntusu hallarına və digər əlaqədar materiallara yer ayıran həftəlik ədəbi-ictimai qəzetdir.

Qəzetin ilk nömrəsi  yaxın günlərdə işıq üzü görəcək.

 

VƏ DİGƏR...