“Bildirçin və payız” kitabının təqdimat mərasimi keçiriləcək

“Bildirçin və payız” kitabının təqdimat mərasimi keçiriləcək

20 may 2016-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində müasir ərəb ədəbiyyatının banisi, Misir yazıçısı, müsəlman yazarlar arasında ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun Azərbaycanda ilk dəfə işıq üzü görən “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbirə ərəb ölkələrinin Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlərinin, elm-təhsil və mədəniyyət nümayəndələrinin qatılacağı gözlənilir.

Tədbir barədə geniş informasiyanı Tərcümə Mərkəzinin aztc.gov.az saytından, Mərkəzin “Aydın yol” qəzetindən və digər kütləvi informasiya vasitələrindən əldə edə bilərsiniz.

 

Əlavə məlumat üçün əlaqə saxlayın:  

Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında                                        
Tərcümə Mərkəzi                                                 
Telefon: (+994 12) 595-10-69                                                      
Faks: (+994 12) 595-10-59                                                         
E-mail: info@aztc.gov.az                                                         
Misir Mədəniyyət və
Təhsil Əlaqələri Mərkəzi   
Ünvan: AZ1069, Bakı, Nərimanov,                                             
Hüseyn Arif, 14
Telefon: (+994 12) 561-12-17,
(+994 12) 561-45-01
 Faks: (+994 12) 561-09-87 

 

 






 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.