“Aydın yol” qəzeti yaxın günlərdə işıq üzü görəcək

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan "Aydın yol" qəzeti yaxın günlərdə işıq üzü görəcək. Mərkəzin məsul işçiləri və qəzet əməkdaşlarının iştirakı ilə "Aydın yol"un son hazırlıq iclası keçirilib. İclasda qəzetin fəaliyyət istiqaməti, toxunacağı problemlər, gələcək iş planları müzakirə edilib.

Müzakirə zamanı Mərkəzin "Elm, təhsil və mədəniyyət" şöbəsinin müdiri Yaşar Əliyev əməkdaşlara yeni işlərində uğurlar arzulayaraq, qəzetin Azərbaycan mətbuatında öz yerini tutacağına inandığını vurğuladı. Daha sonra qəzetin baş redaktoru Fəxri Uğurlu çıxış edərək mətbu orqanın nəşrinə hazırlıq prosesindən, rubrikalardan, görürən və görüləcək işlərdən danışdı.

Sonda Mərkəzin əməkdaşı Mahir Qarayev, "Aydın yol" qəzetinin şöbə müdiri Nəriman Əbdülrəhmanlı və digər iclaş iştirakçıları da öz fikirlərini bölüşüb, təkliflərini verdilər.

Qalereya

DİGƏR MƏQALƏLƏR