"Aydın yol" qəzetinin yeni sayı bu gün köşklərdə

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan həftəlik "Aydın yol" qəzetinin 10 iyul sayında:

* "Atalar və oğullar" rubrikasında jurnalistlər Fazil Rəhmanzadə və Elşad Eyvazlının eyni suallara fərqli baxışları;

* "21 Azər hərəkatının müdafiə naziri"

* "Tam məxfi" layihəsində "Troya atı əməliyyatı - Amerika kəşfiyyatını başıaşağı edən bir olayın inanılmaz tarixçəsi";

* Bəktaşilik - bütün dinləri birləşdirən sufi təriqəti

* "Muxtar Dadaşovun süngüyə çevirdiyi kamerası"

* "Bakı zərbxanası";

* Xəfi-Əlayi - xəstəliklərə və onların müalicəsinə dair müxtəsər şərh;

* Xain qardaşını hörmətlə dəfn edən sultan II Bəyazid;

* Mahir Qarayevin tərcüməsində Akutaqava Rünöskenin "Bal" hekayəsi;

* Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanovun müsahibəsi

* Nəriman Əbdülrəhmanlının "Şamil Mahmudbəyov: Ötən ömrün akkordları" portret yazısı;

* "Ədəbi gənclik" rubrikasında Səxavət Sahilin şeirləri;

* İlqar Əlfinin "Hər suala bir cavab"ı;

* "Poetik tərcümə - gözəllik, estetik görüntü, yoxsa adekvatlıq";

* "Kinonun mistik şairi - Andrey Tarkovski" və digər maraqlı yazılar yer alıb.

 

DİGƏR MƏQALƏLƏR