Tərcümə Mərkəzi nəşrlərinin satış şəbəkəsini genişləndirir

Tərcümə Mərkəzi nəşrlərinin satış şəbəkəsini genişləndirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Tərcümə mərkəzinin kitabları” seriyasından işıq üzü görmüş nəşrlərinin və Mərkəzin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı dərgisinin onlayn satışını həyata keçirmək üçün “Alo Kitab” kitab mağazası ilə əməkdaşlığa başlayıb.

“Alo kitab”ın xitmətlərindən yararlanmaqla, Mərkəzin nəşrlərini təkcə Bakı, Abşeron və Sumqayıtdan deyil, bölgələrdən və Naxçıvan Muxtar Respublikasından da sifariş vermək mümkün olacaq.

 “Tərcümə Mərkəzinin kitabları” seriyasından işıq üzü görən nəşrlərimizi, həmçinin aşağıdakı kitab mağazalarından da əldə edə bilərsiniz:

– “Akadem Kitab” kitab mağazası

Ünvan: AZ1001, Bakı, Səbail, İstiqlaliyyət, 26  

– Bakı Kitab Klubu

Ünvan: Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 13. Təzə Pir Məscidinin yanı

– “Akademiya” kitab Mərkəzi

Ünvan: AZ1005, Bakı, Səbail, Əziz Əliyev, 13

– Kitab.Az mağazası

Ünvan: 1. Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.)

           2. Nizami m., Zivərbəy Əhmədbəyov 2

 

 

 

 

VƏ DİGƏR...