Azərbaycan Tərcümə Mərkəzi İsveç Beynəlxalq Kitab Sərgisində iştirak edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud 24-27 sentyabr tarixində İsveçin Höteborq şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinə qatılıb. Sərgi çərçivəsində İsveç Akademiyasının, Stokholm Kultur Radet Mədəniyyət Şurasının, Bonnier Agency və Norstedts Nəşr evinin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı təcrübə mübadiləsi, İsveç və Azərbaycan ədəbiyyatının seçilmiş nümunələrinin antologiyalarının tərtib və nəşr məsələləri müzakirə edilib. Həmçinin, 2015-ci ilin sentyabrında baş tutacaq növbəti İsveç Beynəlxalq Kitab Sərgisində Azərbaycan kitablarının və təsviri sənətinin sərgilənməsi nəzərdə tutulan stendə də yer ayrılacağı bildirilib.

DİGƏR MƏQALƏLƏR